Hamburqda 40 dәqiqә davam etdiyi gözlәnilәn Putin Tramp görüşü әslindә 2 saat 15 dәqiqә davam edib. Bu barәdә mәtbuata açıqlamasında Reks Tillerson bildirib. Tillerson bildirib ki, çox yaxşı dialoq alınıb. Nyu-York tayms yazır ki seçki müdaxilәsinin müzakirәsindә arabir gәrginlik yaranıb. Görüş kәskin ifadәlәrlә başlayıb. Tramp bildirib ki,”mәn bununla başa çıxmaq istәyirәm”. Putin dә yüksәk sәslә özünü dәfәlәrlә müdafiә edib vә ABŞ xüsusi xidmәt orqanlarının “Rusiya Tramp lehinә seçkilәrә müdaxilә edib” ittihamına dair faktlar tәlәb edib. Tillerson bildirib ki, orada fakt tәlәb etmәdik. İki lider kiber hücumların qarşısının alınması ilә bağlı da müzakirәlәr ediblәr.
ABŞ xarici işlәr naziri iki liderin seçki müdaxilәsindәn sonra xüsusi ilә Suriya mәsәlәsinin üzәrindә durduqlarını bildirib. “İki lider Suriyanın cәnun qәrbindә atәşkәslә bağlı razılığa gәlidilәr. Bu hәm dә Suriya mәsәlәsindә iki liderin birlikdә çalışa bilәcәklәrinin göstәricisidir”- deyә Tillerson bildirib.
Tillerson Suriyada tәhlükәsizlik bölgәlәrin yaradılması vә xüsusi ilә İŞİD-ә qarşı mübarizә mövzusunda da iki liderin fikir mübadilәsi apardığını, ancaq buna baxmayaraq iki liderin Suriyanın gәlәcәyinә dair fikirlәrindә bir uzlaşma olmadığını bildirib. “Amerikanın Әsәd rejiminә qarşı mövqeyindә bir dәyişiklik olmadı. Әsәdin getmәsi üçün dәqiq bir plan olmasa da, axır-әvvәl Әsәd ailәsi Suriyada idarәetmәdәn çәkilәcәk”-deyә Tillerson bildirib.
Tillerson Ukrayna krizi ilә bağlı müzakirәlәr getdiyini vә ABŞ hökumәtinin Ukraynaya xüsusi nümayәndә tәyin etdiyini bildirib. Tillerson bu şәxsin Kurt Volker olduğunu söylәyib.
Tillerson açıqlamasında iki liderin Rusiya Amerika arasındakı әlaqәlәrin daha da inkişaf etdirilmәsi mövzusunda hәmfikir olduqlarını vә mövzu üzәrindә uzun müddәt müzakirә etdiklәrini bildirib.
Tillerson bildirib ki, görüşdә Şimali Koreya nüvә proqramı ilә bağlı da müzakirәlәr oldu. Pozitiv müzakirәlәr getdi. Amerika Rusiyaya bu mövzuda ondan gözlәntilәri olduğunu bildirildi. Amma Rusiyanın mövqeyi bu mәsәlәdә Amerikadan fәrqlidir.
Tillerson iki liderin bir dә nә zaman görüşәcәyinin dәqiq tarixi mәlum olmasa da, kiber hücumlarla bağlı razılaşma üzәrindә birlikdә işlәmәyә başlayacaqlarını bildirib.
azadliq.info
Oxunub: 500