İyulun 21-də siyasi məhbus Rüfət Səfərovun hüquqlarını Müdafiə Komitəsi növbəti toplantısını keçirib. Bu barədə məlumat paylaşan Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev keçmiş müstəntiqdən həbsxanada da əl çəkilmədiyini qeyd edib və buna etirazını bildirib.
“Etmədiyi cinayətə görə 9 il iş alan Rüfət bəydən həbsxanada da əl çəkmirlər. Yüz oyundan,yüz hoqqadan çıxırlar ki, nə isə qurub-quraşdırıb onu qapalı tipli cəzaçəkmə müəssisəsinə göndərsinlər… Təki sussun, təki sınsın, yox olsun…
Cənablar, etdikləriniz həm insafsızlıq, həm qanunsuzluq, həm də çox böyük ədalətsizlikdi. Ən başlıcası – Allahsızlıqdı. Al-lah-sız-lıq!!!
Yəni doğrudanmı bircə çimdik də olsa, vicdanınız qalmayıb?! Bu boyda qərəz, bu qədər nifrət və bu bunca qisasçılıq olarmı?!”, – deyə tanınmış ziyalı feysbuk səhifəsində yazıb.
Oxunub: 1092