AKP-nin iclasında danışan Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan verdiyi açıqlamada bildirib ki, “ölkәmizdә az qala hәr gün nümayişlәr keçirәn bir terror tәşkilatının Suriyadakı qolunun tәhlükәsizliyinә nәzarәt edәnlәr onları silahlandırarkәn etirazlarımıza qulaq tıxayanlar biz özümüzü qorumaq üçün әmәliyyat keçirәndә var güclәri ilә bağırırlar. Ölkәlәrindәki bu insanlarla bağlı “bu mәhkәmәnin işidir” deyәnlәr buna qarşılıq ölkәmizdә casusluq edәrkәn cinayәt anında hәbs olunanda işi krizә çevirmәyi bacarırlar. Sizdәki hüquqdur, bizdәki ququqmu? Almaniyada, Amerikada edilәndә cinayәt sayılan nümayiş, Türkiyәdә olanda niyә haqq vә azadlıq mәsәlәsinә çevrilir? Üstәlik bu işi dәliqanlı kimi aparmırlar. Dәrhal beldәn aşağı iqtisadi zәrbәlәrә әl atırlar. Biz bu günә qәdәr heç bir ölkәnin Türkiyәdәki investisiyalarına tәrs bir münasibәt göstәrmәdik. 100 ildәn çoxdur ki, Türkiyәdә fәaliyyәt göstәrәn alman şirkәtlәri var. Bu günә qәdәr heç bir narazılıqları olmayıb. Yaxşı da qazanırlar. Bizi bununla şantaj edәcәyinizi düşünürsünüzsә, yanılırsınız vә itirәn siz olacaqsınız.”
azadliq.info
Oxunub: 124