Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyindən verilən məlumata görə, son günlər bəzi informasiya saytlarında və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasının ərazisində avtobusla sərnişindaşıma xidmətində gediş haqqının artımı ilə bağlı informasiyalar yayılır.
Nazirlikdən bildiriblər ki, muxtar respublika ərazisində avtobusla sərnişin daşımada gediş haqqının 10 qəpik artırılması manatın devalvasiyası nəticəsində xarici ölkələrdən alınan ehtiyat hissələrində olan qiymət artımı ilə əlaqədardır.
Oxunub: 436