“Azərbaycanda benzinin qiymətinin bahalanmasından sonra maaşların və pensiyaların artımını gözləmirlər”
4 il öncə, yəni 2013-cü ildə bu markalı benzin 55 qəpikdən 70 qəpiyə qaldırılıb :
“Benzinin bahalanması haqda xəbər çoxları üçün aydın səmada şimşək çaxmasına bənzədi. Bəli, ölkədə böhrandır, bir çox vətəndaşlar iki devalvasiya və bütün malların qiymətlərinin kəskin bahalanmasından sonra çətinlik çəkirlər. Bununla belə, neftin ucuzlaşması fonunda benzinin bahalanmasını heç kəs gözləmirdi”.
Bir çox ölkələrdə enerji daşıyıcılarının qiyməti maaş və pensiyaların indeksləşdirilməsi ilə paralel artırılır. Mövzunu qəzetə ekspert Nəriman Ağayev belə dəyərləndirib:
“Azərbaycanda enerji daşıyıcılarının qiymət artımından sonra pensiya və ya maaşların indeksləşdirilməsi təcrübəsi yoxdur. Odur ki, hökumətdən bunu gözləməyinə dəyməz. Pensiya və maaşların artmasını 2018-ci ildən tez gözləmək olmaz. Ola bilər ki, o zaman hökumət belə qərar verə bilər, amm indi yox”.
Ekspert hesab edir ki, benzinin bahalanması ilə bütün malların qiymətinin artacağı barədə xalqın narahatlığı əsassızdır. Onun fikrincə, hökumət dövriyyədən iri pul kütlələrini yığışdırmaqla bu bahalanmaının qarşısını ala biləcək.
Amma başqa bir ekspert Seyfəl Əliyev hesab edir ki, ölkədə qiymət artımı benzinin bahalanmasından asılı olmayaraq qaçılmazdır:
“Manatın məzənnəsi dövlət vəsaiti hesabına hələ ki, süni şəkildə saxlanılır, amma bunun sonu olacaq. Biz bunu bu ilin sonunda hiss edəcəyik, dollar bahalanan kimi isə ərzaq malları, xidmətlər artacaq. Bu fonda benzinin bahalanması o qədər də əhəmiyyətli deyil. Amma bu ölkədə qiymət artımı amilləridnən biri olacaq”.
S.Əliyev hesab edir ki, neftin ucuzlşaması ilə hökumət xəzinəni doldurmın yollarını axtarır. (EXO qəzeti)
Oxunub: 1294