Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə iş materiarın tədqiqi mərhələsi davam etdirilib.
A.Çovdarovun vəkili Kamandar Nəsibov bildirib ki, məhkəmədə 6 cild sənədlər elan olunub. Onun sözlərinə görə, müvəkkilinin evində axtarışla bağlı məsələlərə baxılıb.
Məhkəmənin növbəti iclası iyulun 26-na təyin edilib.
Oxunub: 326