2005-ci ildən həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun vəkilləri Ali Məhkəməyə müraciət ediblər. Keçmiş nazirə bəraət verilməsi tələb olunur.
Bu haqda vəkil Toğrul Babayev məlumat verib.
Müdafiə tərəfi 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən Ə.İnsanov barəsində çıxarılmış məhkəmə hökmünü qanunsuz və ədalətsiz sayır. Onlar keçmiş nazirlə bağlı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini tələb ediblər.
Kassasiya şikayəti Ali Məhkəməyə təqdim edilib. Şikayətə nə vaxt baxılacağı hələlik bilinmir. (azadliq.org)
Oxunub: 974