ABŞ dövlət katibi Reks Tillerson prezident Donald Trampla arasında artmaqda olan fikir ayrılıqları fonunda istefa verə bilər.
Bu barədə CNN telekanalı dövlət katibinin yaxın ətrafına istinadən məlumat yayıb.
Məlumata görə, Tillerson Trampın ABŞ ədliyyə naziri Ceff Seşnsə iradlarını ictimailəşdirməsindən narazı qalıb və bunu qeyri-peşəkarlıq adlandırıb.
Tramp bugünlərdə “The New York Times”a verdiyi müsahibədə ədliyyə nazirini Rusiyanın ABŞ-dakı keçmiş səfəri Sergey Kislyakla ötənilki görüşləri barədə informasiyanı gizli saxladığına görə ittiham edib. Və bunu Rusiyanın ABŞ-dakı son prezient seçkilərinə mümkün müdaxiləsi ilə bağlı təhqiqatdan kənarda qalmaq cəhdi kimi qiymətləndirib.
Tramp müsahibədə bildirib ki, Seşnsin özünü belə aparacağını bilsəydi, onu heç vaxt məlum posta təyin etməzdi.
Fikir ayrılıqlarına baxmayaraq, Tillerson son həftələr dostları ilə söhbətlərində vəzifədən getməyəcəyini bəyan edib. Lakin dövlət katibi qəfildən fikrini dəyişib və CNN-ə görə, istefa gözləniləndən də tez baş verə bilər.
Lakin telekanal onu da bildirir ki, Tillersonun istefa ilə bağlı yaxın ətrafına dedikləri bir neçə gün davam edən ağır iş günündən sonra gərginliyi azaltmaq cəhdi də ola bilər.
Vaşinqtonda CNN-ə yaxın bir neçə başqa mənbə də bu versiyanı daha real sayıb.
Qeyd edək ki, bu ilin aprel ayında “Politico” öz mənbələrinə istinadən yazmışdı ki, Tillerson Trampın ən sevimli naziridir. Trampın təkbətək görüşlərində əsasən onu görmək olar. Üstəlik, yeni administrasiyanın rəsmiləri arasında ABŞ prezidenti ilə ən çox görüşən də məhz Reks Tillersondur.
Gültəkin
Oxunub: 548