Bu gün Mingəçevirdə bir qrup yerli sakinlərdən birini vəhşicəsinə döyüb.
Döyülən şəxs Mingəçevir sakini Muradov Əflatun Cəlal oğlu ağır xəsarətlər alıb.
Onun baş nahiyəsinə ağır daş vurulub, küt alətdən istifadə olunmaqla bədəninin müxtəlif hissələrinə zərbələr endirilib. Baş, üz və qarın boşluğu nahiyələrindən ağır xəsarətlər alan Əflatun Muradov təcili xəstəxanaya çatdırılıb. Üzü tanınmaz hala düşən və çoxsaylı bədən xəsarətləri alan Ə.Muradovun hazırda müayinə və müalicəsi davam edir.
Oxunub: 172