İSNA agentliyinin xəbərinə görə, Urmiyə və Tehran millət vəkilləri Nadir Qazipur və Əlirza Məhcubun “Türk dilinin məktəblər və bütün universitetlərdə tədrisinə” dair irəli sürdükləri qanun xatırlatması (təzəkkür) bu yaxınlarda İran məclisinin gündəmində olub.
İran Parlamentinin mövzu ilə bağlı Elm və Təhqiqat Nazirliyinin ali təhsil üzrə planlaşdırma departmanına ünvanladığı məktubun təsviri iyulun 26-da Yol Pressadlı internet portalında nəşr edilib.
Məktubda muhafizəkar deputat Nadir Qazipur və islahatçı Əlirza Məhcubun xatırlatmasına diqqət çəkilərək, nazirlikdən bu xüsusda lazımi tədqiqatın aparılması və atılan addımlar ilə bağlı məclisə məlumat verilməsi tələb edilib.
Son vaxtlar türk dilinin məktəb və universitetlərdə tədrisinə dair tələblər Azərbaycan şəhərlərinin deputatlarından əlavə digər bölgələrdən olan türk millət vəkilləri tərəfindən də gündəmə gətirilməkdədir.
Türk fəallar mühafizəkar və islahatçı deputatların bu istiqamətdə bərabər hərəkət etdiklərini müsbət qarşılayırlar.
İSNA-nın bildirdiyinə görə, Nadir Qazipur və Əlirza Məhcub həmçinin sərhəd bölgələrdə qaçaqmalçılıq ilə mübarizəyə dair hökümətə sual verib.
amerikaninsesi.org
Oxunub: 386