ABŞ-da geni dәyişdirilmiş insan embrionları yaratmaq üçün ilk uğurlu cәhdi Şuxrat Mitalipov rәhbәrliyindәki Portland(Oregon) araşdırma qrupu tәrәfindәn hәyata keçirilib.
Oreqon Sağlıq vә Elm Universitetindә Embrionik Hüceyrә vә Gen Terapiya Mәrkәzinin rәhbәri Qazaxstanda doğulan bioloq Şükrat Mitalipov rәhbәrliyindә hәyata keçirilәn araşdırmada “Qruplaşdırılmış Davamlı Fasilәlәrlә Palindromik Tәkrarlar”(CRİSPR) adlı texnikadan istifadә etdiklәrini bildirib.
Oreqon Sağlıq vә Elm Universiteti nümayәndәlәri araşdırma ilә bağlı açıqlamada insan geninin dәyişdirilmәsi ilә bağlı araşdırmaların bitdiyini vә nәticәlәri yaxında bir jurnalda yayımlayacaqlarını bildirib.
Araşdırma ilә bağlı bir araşdırma yazısı yayımlayan “MİT Technology Review”(MİT Texnologiya Araşdırması) bu araşdırmanın elm baxımından yeni bir tәcrübә olduğunu bildirib.
Yazıda bugünә qәdәr embrionların heç birinin bir neçә gündәn artıq müddәtlә inkişafına icazә verilmәmәsinә vә heç bir zaman bәtnә yerlәşdirilmә niyyәtinin ortaya qoyulmamasına baxmayaraq geni dәyişdirilmiş ilk insanın doğuluşuna qәdәr gedilәn yolda “bir kilometr daşı”nın olduğu bildirilib.
Mitalipov araşdırma ilә bağlı açıqlamasında araşdırmalarının nәticәsindә irsi xәstәliklәrә sәbәb olan nöqsanlә genlәrin tәhlükәsiz vә sәmәrәli şәkildә dәyişdirilmәsinin mümkün ola bilәcәyinә inandığını bildirib.
İnsan geninin dәyişdirilmәsi istiqamәtindә dünyada ilk elmi araşdırma 2015-ci ildә Çindә olub. Sun Yat-sen Üniversitetindәki araşdırmada Aralıq dәnizi ölkәlәrindә geniş yayılan ölümcül qan xәstәliklәri ilә әlaqәli bir geni DNT-dәn çıxarıb, sağlam bir gen qoymağı yoxlamışdı. Ancaq bu cәhd uğursuzluqla nәticәlәnmişdi.
Azadliq.info
Oxunub: 30