Almaniyanın maliyyə nəhəngi “Deutsche Bank” dünyanın ən çox maaş verilən şəhərlərini açıqlayıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, siyahıda birinci yeri İsveçrənin Sürix şəhəri tutub.
Bu şəhərdə aylıq əmək haqqı orta hesabla 5 876 ABŞ dollarıdır. ABŞ-ın San Fransisko şəhəri 4 817 dollarlıq göstərici isə ikinci yerdə, Boston şəhəri isə 4 322 dollarlıq göstərici ilə üçüncü yerdə qərarlaşıb.
№ | Ölkənin adı | Şəhərin adı | Orta aylıq əmək haqqı (ABŞ dolları ilə) |
1 | İsveçrə | Sürix | 5 876 |
2 | ABŞ | San-Fransisko | 4 817 |
3 | ABŞ | Boston | 4 322 |
4 | ABŞ | Nyu-York | 4 304 |
5 | ABŞ | Çikaqo | 3 622 |
6 | Avstraliya | Sidney | 3 451 |
7 | Avstraliya | Melburn | 3 344 |
8 | Norveç | Olso | 3 154 |
9 | Sinqapur | Sinqapur | 3 077 |
10 | Danimarka | Kopenhagen | 2 958 |
11 | Yeni Zelandiya | Vellinqton | 2 941 |
12 | Yaponiya | Tokio | 2 897 |
13 | Böyük Britaniya | London | 2 776 |
14 | Yeni Zelandiya | Aukland | 2 762 |
15 | Hon Konq | Hon Konq | 2 715 |
16 | Almaniya | Frankfurt | 2 626 |
17 | İsveç | Stokholm | 2 622 |
18 | Finlandiya | Helsinki | 2 620 |
19 | İrlandiya | Dublin | 2 603 |
20 | Fransa | Paris | 2 583 |
Oxunub: 616