ABŞ prezidenti Donald Tramp tvitter hesabından verdiyi açıqlamada Ağ Evin yeni baş katibinin Con Kelli olduğunu bildirib.
Tramp açıqlamasında bildirib ki, “sizlәrә Ağ Evin baş katibini tәqdim etdiyim üçün çox şadam. O, möhtәşәm bir amerikalı vә böyük bir liderdir. Ayrıca daxili işlәr naziri işlәdiyi vaxtda da çox uğurlu fәaliyyәt göstәrib.
Tramp Reyns Praybusa (Ağ Evin eks baş katibi) xitabәn bildirib ki, “mәnim komandamda möhtәşәm bir ulduz oldu. Praybusa daha öncә bu ölkәyә göstәrdiyi xidmәti üçün tәşәkkür edirәm. Birlikdә çox işlәr bacardıq vә onunla qürur duyuram.”
Azadliq.info
Oxunub: 8