BP Plc, borcunun rekord səviyyəyə çatmasının ardından investorların narahatlıqlarını sakitləşdirmək üçün hərəkətə keçib.
Şirkət, ilin ikinci yarısında neft sızmasına görə kompensasiya və cərimə ödəmələrindəki azalma və aktivlərin satışlarından daxil olacaq vəsaitlə borc yükünü azaldacağını bildirib.
Şirkətin CFO-su Brian Gilvary, “Builki borclar, Macondo-ya ediləcək ödənişlər ilə tamamilə paraleldir. İlin ikinci yarısında qənaətdən gəlir əldə edildiyi zaman, bu borclar bir qədər azalacaq” deyə bildirib.
BP-nin borcu, İyun ayının sonunda 39.8 milyard dollara çatıb və bir il ərzində təqribən 9 milyard dollar artıb.
Borclarda bu artımda 2010-ci ildə Meksika Körfəzində baş verən neft sızmasına görə verilən ödəmələr təsir göstərib.
BP, ilin ilk yarısında dividend ödəmələrini və nağd pul ilə çəkilən xərclərini saxlamağı bacarsa da, şirkətin neft qiymətlərinin artmasına ehtiyacı var.
Oxunub: 288