Rusiyanın Murmansk vilayətinin Monçeqorsk şəhərində azərbaycanlı gənc sahibkarın meyiti tapılıb.
“Report”un xəbərinə görə, əslən Azərbaycanın Astara rayonundan olan Ruslan Əhədulla oğlu Abdullayevin meyiti qeyri-rəsmi nikahda olduğu qadınla birgə yaşadığı evdə aşkarlanıb.
Həmin gün qadın evdə olmayıb.
İlkin müayinə zamanı meyitin üzərində zorakılıq əlaməti və yaxud iz aşkarlanmayıb.
R.Abdullayev kompüter texnologiyasını əhatə edən kiçik bizneslə məşğul olub.
O, əslən astaralı olsa da, 1988-ci ildə Murmanskda doğulub.
Oxunub: 404