Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb”.
Bu barədə Mərkəzi Bankın açıqlamasında deyilir.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 1 avqust 2017-ci il tarixində uçot dərəcəsinin 15% səviyyəsində və faiz dəhlizinin digər parametrlərinin (dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) dəyişməz saxlanılması barədə qərar qəbul etmişdir. Mərkəzi Bankın faizləri aşağı salmaqda tələsməməsinin əsas səbəbi inflyasiyadır.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən cari ilin I yarısında orta illik inflyasiya 13.9% təşkil etmişdir. Orta illik əsasda ərzaq qiymətləri 18.1%, qeyri-ərzaq qiymətləri 12.4%, xidmətlər isə 9.4% dəyişmişdir.
“2017-ci ilin qalan dövründə baza inflyasiyanın (qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin, həmçinin mövsümi xarakter daşıyan məhsulların qiymət və tariflərinin dəyişimi nəzərə alınmadan hesablanan inflyasiya) azalma tendensiyasına malik olacağı gözlənilir. Ümumi inflyasiya səviyyəsinin isə manatın məzənnəsi, inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında meyillər və s. amillərdən asılı olaraq balanslaşacağı gözlənilir”,- Bankın açıqlamasında deyilir.
Oxunub: 562