Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl “Galendewagen” markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı “Mazda” avtomobilinin ”Maqa” ləqbli sürücüsü Mirməhəmməd İsmayılovun həbs olunsa da, onun işdən çıxarılmış rəis atası haqda məlumatlar ortaya çıxıb. Criminal.az saytı xəbər verir ki, ”Maqa”nın atası Əlövsət İsmayılov Nəsimi rayon DYP-nin rəis müavini olub. Onunla bağlıyayımlanmış videogörüntülər vəzifəsini itirməsinə səbəb olub və daxili işlər naziri Ramil Usubovun əmri ilə işdən azad olunub.
Həmin videoyazıda Ə.İsmayılov xidmətdə olarkən, öz xidməti otağında iki nəfər mülki şəxsi oturdaraq onlara müraciət edən sürücülərin sürcülük vəsiqələrindən cərimə balların silinməsinə koməklik etdiyi açıq-aşkar görünür.
Oxunub: 1546