Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb.
Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.
Məlumata görə, 2017-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,1%, o cümlədən qeyri-ərzaq malları 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlər 0,4% bahalaşıb, ərzaq məhsulları isə 1% ucuzlaşıb.
Ay ərzində mal və qoyun ətinin, pendirin, kərə və zeytun yağlarının, limonun, soğanın, sarımsağın qiymətlərində artım müşahidə olunub.
Oxunub: 394