Ötən ay ABŞ əmək bazarı gözləntiləri ötüb keçib. İqtisasiyyata 209 min yeni iş yeri əlavə olunub və işsizlik səviyyəsi 4,3 faizə enib. Lakin əmək haqları və əmək bazarınadakı fəallıq nisbəti aşağı səviyyədə qalmaqda davam edir. İqtisadçılar deyir ki, buna səbəb milyonlarla əməkqabiliyyətli amerikalıların əmək bazarından kənarda qalmağa üsünlük vermələridir. Onların bəziləri təhsillərini davam etdirir, bəziləri isə ailələrinə qayğı göstərmək üçün evdə qalır.
2008-ci ildə baş verən tənəzzül ABŞ iqtisadiyyatını alt-üst etmədən öncə, əməkqabiliyyətli insanların təxminən 70 faizi işləyirdi. Bu gün isə bu rəqəm 60 faizə yaxındır, baxmayaraq ki, isşzilik son 16 ildə ən aşağı səviyyədədir.Howard universitetinin iqtisadiyyat professoru Bill Spriqqs bunu “əməyin zəifləməsi” adlandırır. O deyir ki, iş yerləri ilə birlikdə əmək haqqının da artmamasına səbəb də elə məhz budur.
“Həqiqət budur ki, şirkətlər təzyiqi hiss etmir, onlar əmək çatışmazlığını hiss etmir”, Spriqqs bildirir.
İqtisadi tənəzzüldən sonra bəzi amerikaılar iş axtarmağı dayandırdı. Bu isə o deməkdir ki, onlar artıq işsiz sayılmır. İşdən kənarlaşdırılmalardan qeyri-mütənasib təsir görən afrikalı amerikalılar və azlıqlar 2008-ci ildən bəri böyük irəliləyişlər əldə edib. Lakin qadınlar, xüsusilə də dövlət sektorunda işləyən qadınlar daha az irəliləyiş əldə edib. Bunu Stifel Fixed Income qrupunun baş iqtisadçısı Linsi Pieqza bildirir.
“Hazırda orta hesabla kişilərbir dollar qazanırsa, qadınlar 80 sent qazanır. Bununla yanaşı uşağa baxmaq xərclərinin sürətli bir şəkildə artdığını nəzərə alsaq, bir çox qadın da əslində evdə qalmağa üstünlük verir”, deyə o bildirir.
“Bu, çox vacibdir, çünki 1946-1964-cü illərdə baş verən dəyişiklik qadınların əmək baarında iştirakının artması idi. Yəni qadınları əmək bazarından çıxması ilə sağlam iqtisadiyyata geri dnmək mümkün olmaz,” Spriqqs deyir.
Pieqza deyir ki, “baby boomers” adı ilə tanınan 1946-1964-cü illər arasında anadan olan insanlar artıq təqaüd yaşına yaxınlaşdığı üçün əməkqabiliyyətli qadınları əmək bazarına dönməyə təşviq etmək çox vacibdir.
“Əgər qadınlar həmişəlik əmək bazarından çıxsa, bu, məhsuldarlığın, inkişafın, iqtisadiyyatın həmişəlik itkisinə gətirib çıxara bilər”, Pieqza bildirir.
Qadınlar arasında əmək bazarında iştirak faizi 1999-cu ildə 60 faizədək artıb, amma o zamandan bəri 57 faizə düşüb.
Beynəlxalq Valyuta Fondunun 2017-ci ildə apardığı araşdırmada bildirilir ki, qadınların əmək fəallığını bir faiz artırmaqla məhsuldarlıq artımını hər il 0,33 faiz artırmasına gətirib çıxara bilər. (amerkaninsesi.org)
Oxunub: 48