Türkiyə prezidenti Almaniya ilə ölkəsi arasında gərginliyin Almaniyadakı parlament seçkilərindən sonra normallaşaçağını bildirib.
Recep Tayyip Erdoğan deyib ki, media vasitəsilə Türkiyə əleyhinə mənfi kampaniya aparanların öz tətillərini məhz Türkiyədə keçirməsi göstərir ki, onların özləri də “söylədikləri yalanlara” inanmır.
Onun sözlərinə görə Türkiyədə keçirilən referendum ərəfəsində Avropa ölkələri ilə əlaqələrin gərginləşməsi həmin ölkələrin daxili siyasi maraqlarına xidmət edib.
“Biz gördük ki, Hollandiya ilə 16 Aprel referendum ərəfəsində tamamilə gərəksiz şəkildə münasibətlərin gərginləşməsinə səbəb öz seçkiləri olmuşdu”, İsparta şəhərində çıxış edən Erdoğan deyib.
Başqa Avropa ölkələrinin də eyni üsuldan istifadə etdiyini deyən Erdoğan Almaniya, Avstriya və Fransanı misal çəkib.
Oxunub: 246