Ötən il Azərbaycanda doğulanların sayı 159464-ə, ölənlərin sayı 56648-ə, təbii artım 102816-ya, doğum zamanı ananın orta yaşı isə 25,2-yə bərabər olub. Son beş ilə nisbətən doğum yaşı 0,5 il artıb. Həmin göstərici şəhər yerlərində 26,1, kənd yerlərində isə 24,4 yaş təşkil edib.
Dövlət Statistika Komitəsinin “Azərbaycanın Demoqrafik Göstəriciləri” rəsmi nəşrinə bilidirilir ki, 2016-cı ildə ölüm halları 75-79 yaşlı sakinlərdə üstünlük təşkil edib (9180 nəfər). Lakin 2014-cü ildən etibarən həmin yaş qrupunda ölüm hallarında azalma müşahidə olunur. Ölüm hallarının ən az rast gəlindiyi yaş qrupu isə yeniyetmələr arasında olub. (10-14 yaş, 174 nəfər). Son bir neçə ilin statistikasına əsasən, 55-69, 85 və ondan yuxarı yaş qruplarında ölüm halları getdikcə artır.
Azadliq.info
Oxunub: 122