Öyrənməklə heç araları yoxdur. Gözlərinin qarşısında bu qədər diktator məhv olur, ancaq “gözü çıxan qardaşlarından” öyrənmək fikirləri yoxdur. Ölkədə problemlər, narazılıqlar artdıqca bunlar da problemləri həll etmək, narazılıqların səbəblərini aradan qaldırmaq əvəzinə danışanları, etiraz edənləri həbs edirlər. AXCP-nin daha bir fəalı 15 sutka müddətinə həbs olunub. Müşviq Şəkərli ötən ilin sentyabrından sonra şərlənərək, inzibati qaydada həbs olunan 42-ci cəbhəçi oldu. Minlərlə cəbhəçi isə heç nə olmamış kimi haqq bildiyi yolda yürüməkdə davam edir. Bəli, indiki repressiyalar şəraitində mübarizə aparmaq çətindir, lakin gördüyünüz kimi, mümkündür. Mübarizəyə çox adam qoşulsa, əvvəlcə mübarizə aparmaq asanlaşacaq, sonra da dəyişiklik sırası bizim ölkəyə çatacaq.
Oxunub: 1140