Həkimlər deyiblər ki, Gözəl Bayramlının ayağının durumu olduqca pisdir, onların tutulması təhlükəsi yaranıb”. Bunu Gözəl xanımın vəkili Zibeydə Sadıqova deyib. Zibeydə xanım əlavə edib ki, Gözəl Bayramlı sərbəst oturub-qalxa bilmir. Ayrılanda ayağa onun köməkliyi ilə qalxıb.
Bəs biz demirdik ki, Gözəl xanım ağır formada osteoporozdan – sümüyün əriməsindən əziyyət çəkir? Gözəl xanım məhz bu xəstəlik səbəbindən Gürcüstanda bir ildə 3 dəfə ağır cərrahi əməliyyat keçirib. Rejim indiki ağır nəticəyə Gözəl xanımı 2 ay ərzində dərmanlarından məhrum etməklə nail olub. Sevinirlər ki, Gözəl Bayramlının ayaqları tutulmaq ərəfəsindədir. İndi siz deyin, siyasi rəqabət beləmi olur? Bütöv bir millətin gözü qarşısında qadın siyasi rəqibini kin və qisasçılıq zəminində fiziki olaraq məhv edən adamların tolerantlıqdan, mədəniyyətdən, müasirlikdən, humanizmdən, bütövlükdə insanlıqdan danışmağa nə haqqı var?
Oxunub: 786