Nərimanov rayon icra başçısının I müavini Şahmar İbadov oğlu Elmir İbadovun ağır yol qəzası törədərək, bir qadını öldürməsi barədə açıqlama verib.
A24.az saytının yazdığına görə, Şahmar İbadov deyib ki, qadının ölümünü oğlunun onu maşınla vurmasına bağlamaq doğru deyil:
“Düzdür, oğlum qəza törədib. Yazıblar ki, hadisə yerindən qaçıb. Bu təmamilə səhv məlumatdır. O, yaşlı qadını elə yerindəcə avtomobilə mindirərək, xəstəxanaya çatdırıb. Qadın xəstəymiş. Ölümünü avtomobil qəzasıyla bağlamaq olmaz. Dövlətimiz buna qarşı tədbir görür. Əgər cəzası varsa, çəkəcək. Əks halda sərbəst buraxılacaq”.
Göründüyü kimi, icra başçısının I müavini bu iddiadadır ki, oğlunun avtomobillə vurduğu qadın onsuz da öləcəkmiş. Buna görə oğlunu günahkar bilmək doğru deyil. Düzdür, o, oğlu barədə “cəzası varsa, çəkəcək” də deyib, təmsil olunduğu hakimiyyətin guya imicini ağartmağa, özünü qanunpərəst göstərməyə çalışır. Lakin bahalı maşınla oğlunu təchiz etmiş başçı müavini yəqin ki, qanunun da onun kimi “humanist” qənaətə gəlməsi üçün bütün inandırıcılıq bacarığını işə salacaq.
Elmir İbadovun avtomobil kolleksiyası
***
Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadov ağır yol qəzası törədərək bir nəfər öldürüb. Bu barədə olke.az saytı məlumat yayıb.
Məlumata görə, hadisə avqustun 22-də Bakı şəhərində baş verib. Elmir İbadov idarə etdiyi “Range Rover” markalı avtomobillə yaşlı qadını vuraraq, hadisə yerindən qaçıb. Hadisə nəticəsində qadın vəfat edib.
E.İbadov hadisə yerindən qaçsa da, sonradan polislər onu saxlaya bilib.
Oxunub: 1256