Fransa prezidenti Emmanuel Macron, prezident Recep Tayyip Erdoğan ilə telefonla əlaqə saxlayaraq hazırda Türkiyədə məhbus olan fransalı jurnalist Loup Bureau-nun dərhal azad olunaraq Fransaya göndərilməsini tələb edib.
Bureau, keçən ay Türkiyə-İraq sərhəddindəki Habur qapısından keçərkən həbs olunub.
Elysee Sarayından verilən məlumatda, iki lider və nazirlərin mövzuyla əlaqədar müsbət nəticə əldə etmək məqsədi ilə danışıqları davam etdirdikləri bildirilib.
Həmçinin, Macron və Erdoğanın Suriya, İraq və Körfəzdəki vəziyyəti də müzakirə etdikləri deyilir.
Fransalı jurnalist Suriyadakı silahlı kürd Xalq Müdafiə Dəstələrinə (YPG) üzv olduğu şübhəsi ilə avqust ayının əvvəlində həbs olunaraq Şırnak T Tipi həbsxanasına göndərilib.
Loup Bureau-nun sənədlərinə məxfilik qərarı da qoyulmuşdu.
BBC Türkcə-nin əldə etdiyi məlumata görə, Loup Bureau-nun üzərindən çıxan rəqəmsal materialların arasında, universitetdə YPG aid hazırladığı bir çox fotoşəkillər tapılıb. Bu da, onun həbsinə səbəb olub.
Sərhədsiz Reportyorlar və Avropa Jurnalistlər Federasiyasının tərkibində olan beynəlxalq jurnalistika təşkilatları 27 yaşındakı jurnalistin dərhal azad olunmasını tələb edib.
BBC Azərbaycanca
Oxunub: 290