Məhkəmə pozuntularla keçdi, iş Avropa məhkəməsinə göndəriləcək
Bu gün Alı Məhkəmədə Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin məhkəmə prosesi baş tutub. Hakim Əli Seyfəliyevin sədrliyi ilə müdafiəçi Fəxrəddin Mehdiyev tərəfindən verilmiş kassasiya şikayətinə baxılıb. Bakı Apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.
Məhkəmə iclasında CM-nin 263.1 maddəsi ilə məhkum edilmiş Günel Həsənli və müdafiəçi Fəxrəddin Mehdiyev iştirak etməyib. Vəkil azadlıq.info-nun əməkdaşına məhkəmənin vaxtı barədə onlara rəsmi məlumat verilmədiyini deyib. Bu səbəbdən prosesə qatılmadığını bildirib. Buna baxmayaraq qərarı əldə etdikdə sonra Avropa İnsan Haqları məhkəməsi vasitəsi ilə Günel Həsənlərinin hüquqlarının davam etdiriləcəyini qeyd edib.
Günel Həsənli də məhkəmənin vaxtı barədə məlumatsız olduğunu bildirib. Bu barədə onlara hər hansı bildiriş daxil olmadığını qeyd edib.
Təzəxan
Oxunub: 586