“Qarabağ” klubu Çempionlar Liqasının (ÇL) “pley-off” mərhələsində qazandığı qələbə ilə əlaqədar mükafat alıb.
AFFA-nın yaydığı məlumata görə, UEFA-nın ayırdığı 2 milyon avro bonus vəsait AFFA-nın vasitəsilə “Qarabağ” klubunun hesabına köçürülüb.
Qeyd edək ki, “Qarabağ” ÇL-in “pley-off” mərhələsində Danimarka təmsilçisi “Kopenhagen”i iki oyunun nəticəsinə əsasən üstələyərək (1:0, 1:2) turnirin qrupuna düşən ilk Azərbaycan klubu olub.
Ölkə başçısı İlham Əliyev “Qarabağ” klubuna bu uğuruna görə 2 milyon manat mükafat vermişdi.
Oxunub: 656