Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 280 128,40 min manat həcmində vergi və rüsumlar daxil olub.
DGK xəbər verir ki, bu, 2016-cı ilin avqust ayı ilə müqayisədə 36 038,8 min manat və yaxud 14,77% çoxdur.
Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi illik müqayisədə 5,23% artaraq 65 310,30 min manata çatıb.
Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 42 995,2 min manat və yaxud 27,02% artaraq 202 150,90 min manat, aksizlər üzrə daxilolmaların həcmi 3,96% azalaraq 8 556,90 min manat, yol vergisi üzrə daxilolmalar 70,56% (3,4 dəfə) azalaraq 4 110,30 min manat təşkil edib.
Oxunub: 462