Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı qəbul etdiyi sanksiyalara riayət etməsə, ABŞ rəsmi Pekinə qarşı maliyyə sanksiyaları tətbiq edəcək. Bunu CNBC telekanalına müsahibəsində ABŞ-ın maliyyə naziri Stiven Mnuçin (Steven Mnuchin) bildirib.
“Əgər Çin sanksiyalarla bağlı şərtlərə əməl etməsə, biz ona qarşı əlavə sanksiyalar tətbiq edəcəyik. Nəticədə Çinin Amerika və beynəlxalq dollar sisteminə çıxışı bağlanacaq”, – deyə nazir əlavə edib.
Oxunub: 352