2017-ci ilin yanvar-avqust aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 6 mlrd. 618,2 mln. dollar təşkil edib.
Gürcüstanın Milli Statistika İdarəsi xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.
Cari ilin 8 ayı ərzində qonşu ölkənin ixracı 28,5% artaraq 1 mlrd. 682,8 mln. dollara çatıb, idxal isə 7,5% artaraq 4 mlrd. 935,5 mln. dollar təşkil edib.
2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi (xarici ticarət dövriyyəsi) 12 milyard 523 milyon 794.46 min ABŞ dolları təşkil edib.
Ticarət əməliyyatlarının həcmi keçən ilin müvafiq dövrünə nisbətən 9.24% azalmışdır.
İdxal əməliyyatları üzrə 5 milyard 300 milyon ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 4.22% azalmışdır), ixrac əməliyyatları üzrə 7 milyard 223 milyon ABŞ dolları (Keçən ilin müvafiq dövrünə nisbətən 12.60% azalmışdır) dövriyə qeydə alınıb.
Oxunub: 14