Azadlıq Qəzetinin yayım direktoru, AXCP sədrinin müavini Faiq Əmirlinin səhhəti daha da ağırlaşıb. Həyat yoldaşı Lalə Əmirlinin verdiyi məlumata görə, Faiqin yoğun bağırsağında şiş əmələ gəlib. Bu barədə o, Faiqlə telefon danışığı zamanı xəbər tutub. F.Əmirli müayinə olunub və ona deyiblər ki, yoğun bağırsağında ciddi problem əmələ gəlib, sol nahiyəsində şiş var.
L.Əmirlinin sözlərinə görə, həyat yoldaşının səhhətindəki əvvəlki problemlərdə kəskinliyi ilə qalır. Öd kisəsindəki ağrılar şiddətlənim, qaytarma halları da intensivləşib.
Oxunub: 148