Siyasi Məhbusları Müdafiə Mərkəzinin təşkilatçılığı ilə “Mehman Əliyevin azadlığa çıxması və Azərbaycanda siyasi məhbus probleminə baxış” mövzusunda ictimai dinləmə keçiriləcək.
Toplantı 14 sentyabr saat 14.00- da Musavat partiyasının Qərargahında olacaq. “Siyasi məhbusların azadlığını istəyən, bu istiqamətdə çalışan və töhvə vermək istəyən hər kəsi, toplantıda iştiraka dəvət edirik”, – Siyasi Məhbusları Müdafiə Mərkəzinin məlumatında bildirilir.
Toplantıda həbsdən yenicə çıxmış Mehman Əliyev də iştirak edəcək, fikirlərini bildirəcək.
Oxunub: 54