Rafiq Manaflı
Minskdə Oktay Əsədovla görüş zamanı Belorus prezidenti Aleksandr Lukaşenko Soçidə MDB sammiti çərçivəsində İlham Əliyevlə şən atmosferdə keçən çoxsaylı görüşlərindən danışıb və əlavə edib: “Siz təəccüblənəcəksiniz, Ermənistan prezidenti ilə birlikdə, biz üçümüz bir-birimizlə zarafatlaşa-zarafatlaşa uzun vaxt keçirdik”.
Olsun, deyək ki, siyasətdə belə şeylər ola bilir. Özü də axı hakimiyyət özünün ünlü fiqurlarından birinin dili ilə bizə eşitdirdi ki, erməni xalqı bunların düşməni deyil.
Yaxşı, elə isə, əgər erməni xalqı düşməniniz deyilsə, erməni ilə mırtlaşan sizin prezidentinizdirsə, ondə dünyanın hər yerində erməni barmağı axtarmağa nə hacət. Cənablar, bəlkə erməni barmağının təbliği ilə məşğulsunuz? Bəlkə bapbalaca erməni barmağının guya çoox uzun olmasını millətin şüuraltına yeritmək istəyirsiniz? Bəlkə erməninin guya çox güclü olması bəhanəsi ilə Qarabağ məğlubiyyətinizi bizə yedizdirmək istəyirsiniz?
Keçməyəcək! Hamı gözəl bilir ki, bu gün dünyada erməni lobbisinin ən güclü, erməni barmağının ən uzun olduğu üç ölkədən biri Azərbaycandır. Hakimiyyətinizin ən yuksək məqamlarında yerləşdirilmiş nənəsi, anası, arvadı və sairəsi erməni olanları saymaqla qurtarmır. Gedin öz gözünüzdə tiri təmizləyin, sonra başqasının gözündə tük axtarın.
Oxunub: 1816