“Biz Soçidə çox şən atmosferdə, bir-birimizlə zarafatlaşaraq söhbət edirdik”
MDB ölkələrinin rəhbərlərinin Soçidə keçirilmiş görüşü ilə bağlı RİA Novosti saytı çox maraqll xəbər yayıb. Saytın yaydığı məlumatda bildirilir ki, Belarus prezidenti Azərbaycan və Ermənistanın dövlət başçıları ilə üçlükdə şən söhbətlər etdiyini heyrətlə qeyd edib. Lukaşenko bu barədə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovla görüşü zamanı danışıb. “Biz Soçidə çox şən atmosferdə, bir-birimizlə zarafatlaşaraq söhbət edirdik. Siz inanmazsınız, mən, Əliyev və Sarkisyan necə bir-birimizlə zarafatlaşa-zarafatlaşa uzun vaxt keçirdik. Bəzən belə zrafatla dolu söhbətlər hansısa qərarlardan qabaq olur”.
Oxunub: 954