Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 8% artaraq 36 milyard 247 milyon manata çatıb.
Dövlət Statistika Komitəsinin(DSK) məlumatına görə, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 3 728 manat və yaxud ayda 414,2 manat təşkil edərək 6,9% artlb.
Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (təxminən, 652 milyon manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,9%-i isə yığıma yönəldilib.
Oxunub: 94