Öyrəndiyimiz məsələlərdən biri də budur ki, ona qarşı ittihamlardan biri də mühacirətə getdiyi zaman Azərbaycan sərhəddini qanunsuz keçməkdən ibarətdir.
Sərhədsiz Reportyorarın Ukraynadakı nümayəndəliyi bu məsələni dərhal nəzarətə götürüb və nümayəndə Oksana Romaniuk bu məsələ ilə bağlı öz facebook profilində də məlumat yayıb.
Ukraynanın kütləvi informasiya vasitələrinə ətraflı məlumatlar çatdırılır.
Holandiyanın xarici işlər Nazirliyi məsələ ilə bağlı məlumatlandırılıb və yaxın saatlarda Hollandiyanın Kiyevdəki səfriliyinin nümayəndəsi Fikrət Hüseynli ilə saxlandığı yerdə görüşəcək.
Məsələ ilə bağlı AŞ PA-dakı Ukrayna nümayəndəliyi və rəhbərliyi də məlumatlandırılıb.
Ukraynada qeyri hökumət təşkilatları ilə əlaqə saxlayırıq və yaxın saatlarda onu vəkillə təmin edə biləcəyik.
Azadliq. info
Oxunub: 650