Bankların müştərilərə verdikləri kreditlər azalır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, Noyabrın 1-nə bankların müştərilərə verdikləri kreditlər 11 milyard 707,5 milyon manat təşkil edib.
Oktyabr ayının 1-i ilə müqayisədə müştərilərə verilən kreditlər 259,4 milyon manat azlıb.
01 Oktyabr 2017-ci il tarixində bankların müştərilərə verdikləri kreditlər 11 milyard 966,9 milyon manat təşkil edirdi.
2016-cı ilin sonunda bankların müştərilərə verdikləri kreditlər 15 milyard 938 milyon manat təşkil edirdi.
İlin əvvəlində kreditlərdə azalmanın xeyli hissəsi Azərbaycan Beynəlxalq Bankının toksit aktivlərinin Aqrarkredit QSC-ə ötürülməsi ilə bağlı idi.
Oxunub: 120