Mixail Saakaşvilinin tərəfdarları onu SBU-nun maşınından çıxarıblar. Bundan sonra Saakashvili etirazçıları “Maydana getməyə”, “Ukraynanın azad olunması prosesinə başlamağa çağırıb”. O, ölkəni prezident Petro Poroshenko-nun “banda”sından azad etməyin gərəkdiyini vurğulayıb. “Ordu tərəfimizdədir”, – deyən Saakashvili dinc aksiyanı nəzərdə tutduğunu söyləyib.
***
Ukraynanın təhlükəsizlik xidmətinin əməkdaşları Gürcüstanın keçmiş prezidenti, “Xalq qüvvələri hərəkatının” lideri Mikheil Saakashvili-ni saxlayıblar. Hələlik, siyasətçinin nədə ittiham olunduğu bəlli deyil.
Saakashvili-nin yaşadığı evin qarşısına onun yüzlərlə tərəfdarı toplaşıb. Onlar “Biabırçılıq!”, “Mişa!”, “İmpiçment!” şüarları səsləndirirlər.
AzadlıqRadiosunun rus xidmətinin məlumatına görə, Saakashvili-ni evdən zorla çıxarıblar, fəallarla xüsusi təyinatlılar arasında toqquşma olub. Hazırda etirazçılar Saakashvili-nin olduğu maşının qarşısını kəsiblər.
UPD СБУ: Саакашвілі підозрюють у сприянні учасникам злочинних організаційПротестувальники блокують автомобіль правоохоронців, в який посадили Саакашвілі
Publicerat av Радіо Свобода den 5 december 2017
Dekabrın 5-də səhər təhlükəsizlik xidməti və baş prokurorluq əməkdaşları Saakashvili-nin mənzilində axtarışa gəliblər. Siyasətçi hüquq-mühafizə əməkdaşlarının əlindən evin damına çıxıb. Vəkilləri və Ali Radanın deputatlarını binaya buraxmayıblar.
Ukraynanın baş prokuroru Yury Lutsenko Saakashvili-ni dövlət çevrilişi hazırlamaqda ittiham edirdi. Bu bəyanat Gürcüstanın keçmiş prezidentinin tərəfdarları oktyabrın 17-də Ali Rada qarşısında çadır qurandan sonra verilmişdi. Çadırlar hələ də parlamentin yaxınlığındadır. Orada bir neçə yüz etirazçı qalır.
Onların deputatlara tələblərindən biri “Ukrayna prezidentinin impiçmenti haqqında” qanunu qəbul etməkdir.
Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb. Bunu xəbəri jurnalistlərə onun vəkili Pavel Boqomazov bildirib.
Oxunub: 2218