Azərbaycan və digər yeddi ölkə BMT-nin Fövqəladə Yardım Fonduna ödənişlərini bu illə müqayisədə artırmağa hazırdır.
Bu barədə məlumat BMT-nin saytında yerləşdirilib.
Məlumatda qeyd olunur ki, gələn il üçün 36 ölkə fonda 383 milyon dollar keçirməyə vəd edib: “Eyni zamanda, Azərbaycanla yanaşı, Avstraliya, Rusiya, Estoniya, Monqolustan və digər ölkələr ödənişləri artırmağa hazır olduğunu bildirib”.
Bu xəbər bir daha göstərir ki, Azərbaycan hakimiyyəti ağır-sosial iqtisadi vəziyyətdı olan vətəndaşlarını nəzərə almağı özünü borclu bilmir.
ÜDM-i 1 trilyon dollardan çox olan Avstraliyanın adıçəkilən fonda daha çox yardım ayırması başadüşüləndir. ÜDM-i 40 milyard dollar olan Azərbaycanın BMT Fonduna daha çox yardım ayırmaq öhdəliyi götürməsi kəskin maddi problemlər içəridində çabalayan vətəndaşlara açıq hörmətsizlikdir.
Oxunub: 1166