Rusiya Mərkəzi Bankından bildiriblər ki, ölkədə kapital çıxışı bu ilin yanvar-noyabr dövründə 2016-nın eyni dövrünə nisbətən 241 faiz artaraq 28 milyard dollara yüksəlib.
Açıqlamada, ölkədən kapital çıxışının başlıca olaraq bank sektorundan qaynaqlandığına işarə edilərək, bankların bu dövrdə xarici borclarının azaldılmasına yönəlmiş siyasətlərə davam etdiyi qeyd edilib.
Rusiyanın tədiyyə balansı artıqlığı isə həmin dövrdə ötən illə müqayisədə 78,1 faiz artaraq 35,6 milyard dollara çıxdığı bildirilən açıqlamada, Rusiyanın əsas ixrac məhsulu olan neftin qiymətində baş verən yüksəlişin tədiyyə balansına müsbət töhfə verdiyi bildirilib.
(marja)
Oxunub: 246