Bəyanatda deyilir:
“21 dekabrda Azərbaycan milli hökumətinin qurulmasının ildönümü, millət iradəsinin təzahürü və Aparteidin zülmü və ayrı-seçkiliyinə qarşı milli dirənişin kristallaşmasının ildönümü “Güney Azərbaycan Dövlətçilik Günü” kimi Azərbaycan türkləri tərəfindən hər il qeyd olunur.
Azərbaycan milli hökumətinin rəhbərləri çoxlu daxili və beynəlxalq çətinliklərə baxmayaraq, həbsxanalara və deportasiyalara dözərək, 12 dekabrda Güney Azərbaycan xalqının qəhrəman övladlarının fədakarlğı və mübarizəsi nəticəsində müasir və demokratik qaydanın təməlləri qoyulmuşdur.
Diktatorların hakimiyyəti altında olan ərazinin cahilliklə büründüyü bir zaman Şahid Seyyid Cəfər Pişəvərinin rəhbərliyi altında Azərbaycan hökuməti milli qurumların yaradılması və “geyim azadlığı”, “qadınlara səs vermək hüququ”, “türk dilinin rəsmiləşdirilməsi”, və şəhər infrastrukturunun bərpası, kəndlərdə torpaq islahatlarının aparılması və sosial təminat yaradılması yolu ilə məzlum xalqlar arasında yeni bir fəsil yaradıldı.
Baxmayaraq kı, Azərbaycan milli hökuməti bir ildən çox yaşamadı və xalq tərəfindən seçilmiş hökümət İran rejimi və böyük dövlətlərin siyasi-ideoloji polarizasiyasının sui-qəsd və razılığının qurbanı olmuşdur.
Amma şəhid Seyyid Cəfər Pişəvəri və minlərlə azərbaycan övladı Pəhləvanın təcavüzkar sistemi və Stanlinin sürgünlərinə dözərək, Azərbaycanın şimal torpaqlarında yaranmış “Məhəmməd Əmin Rəsulzadə” milli hökumətindən sonra ikinci milli hökümət təcrübəsini millətimizə miras buraxmışdır.
Azərbaycan milli hökumətinin yaranmasından yetmiş iki il sonra biz Milli hərəkatın fəalları və siyasi partiyaları “Azərbaycan Milli Hökumətinin” varisi və davamçılarıyıq.
Təbii ki, həssas, beynəlxalq və regional siyasi böhranlar zamanı milli fəallar və Azərbaycan qrupları milli döyüşçülərin yollarının qorunması və davam etdirilməsinə görə məsuliyyət daşıyır.
Azərbaycan xalqının düşmənlərinin sui-qəsdinin aradan qaldırılması və Cənubi Azərbaycan türklərinin milli və siyasi taleyini İnsan Hüquqlarının Ümumi Bəyannaməsi və beynəlxalq müqavilələrə dayanaraq bərpası qurumlararası əməkdaşlıq və emosiyalardan qaçınmaq və habelə siyasi dialoq əsasında və qarşı düşüncəyə hörmətdən asılıdır.
Biz birgə bəyanata imza atanlar, edam və sürgündə canlarını itirən minlərlə “Azərbaycan Milli Hökumətinin” şəhidinə hörmət edərək, müasir siyasi fəlsəfə əsasında qurulan Azərbaycan Milli Hökumətinin yaradılmasının 72-ci ildönümündə “Güney Azərbaycan Dövlətçilik Gününü” qeyd edir və Güney Azərbaycan Azərbaycan türk millətinin milli-siyasi taleyini müəyyən etmək üçün milli mübarizənin davam etdirilməsini vurğulayırıq.
Yaşasın Azərbaycan Türk Milləti!
Yaşasın Azərbaycan Milli Hərəkatı! (amerikaninsesi.org)
Oxunub: 222