Nərimanov rayonu Montin qəsəbəsi Mayakovski küçəsi 8/9 ünvanındakı bina qəzalı durumdadır. Bu barədə redaksiyamıza sakinlər müraciət edib. Əməkdaşımız deyilən ünvanda şikayətçi vətəndaşları dinləyib. Sakinlərin deməsinə görə bina xeyli müddətdir çökmək təhlükəsindədir. Aidiyyatı qurumlar isə məsələyə laqeyd yanaşır. Həm Nərimanov rayon İcra Hakimiyyətinin, həm də Fövqaladə Hallar Nazirliyi Layihə İnstitunun əməkdaşları dəfələrlə binaya baxış ediblər. Amma binanın qəzalı olması barədə rəy vermək istəməyiblər.
Binanın doğrudan da qəzalı olması, yaşayış üçün təhlükəli olması əməkdaşımız tərəfindən video çəkilişə alınıb. Sakinlər də bina haqqında ətraflı danışıb.
Nərimanov rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdimiz isə alınmayıb.
Video reportajı təqdim edirik.
Oxunub: 578