“Qaçqınkom” sədri Əli Həsənov APA-ya açıqlama verib.
Açıqlamada olan bir hissə diqətimizi cəlb etdi deyə, sizi onunla tanış etmək qərarına gəldik.
Əli Həsənov deyir:”25 illik qaçqın və məcburi köçkünlük tarixi var, mən 20 ildir ki, bu sahədə çalışıram, prezidentin bu sahədə tapşırıqlarını yerinə yetirirəm. Bu 25 ildə bir dəfə də olsun Azərbaycanda qaçqınların kütləvi problemi ortaya çıxmayıb, kütləvi narazılıq olmayıb. Demirəm ki, heç bir problem olmayıb, olub, amma o problem ulu öndər Heydər Əliyevin qurduğu mexanizm və prezident İlham Əliyevin bu mexanizmi Azərbaycan brendinə çevirməsinin hesabına yoluna qoyulub. Problemlər həm danışıqla, həm də görülən işlər hesabına yoluna qoyulub”.
Nazir bu fikirlərlə demək istəyir ki, mən prezidentin tapşırıqlarını yerinə yetirirəm. Əslində nazir bununla bildirir ki, bu vaxta qədər vəzifədə qalması dövlət başçısının ona münasibəti ilə bağlıdır. Cənab Həsənov göstərir ki, başlıca məsələ vətəndaşların, o cümlədən qaçqınların, məcburi köçkünlərin deyil, dövlət başçısının münasibətidir. Rejimin müəyyənləşdirdiyi idarəçilik fəlsəfəsinə uyğun fəaliyyət göstərməsi onun da uzunömürlü nazirlər kaqortasına daxil olmasına imkan verib.
Əli Həsənov həm də ona işarə vurur ki, o özbaşına deyil.Sanki tənqidçilərinə bu amili unutmamaq mesajını verir.
Azadliq.info
Oxunub: 588