Bəxşiş olayı dərhal Cəmiyyət sədrinin Vikipediya səhifəsinə düşdü
Türkiyə jurnalistikasının təşkilatlarından biri olan Ankara Qəzetçilər Cəmiyyəti diktatorun ad gününü qeyd etməklə özünün təməl prinsiplərini ayaqladı. Həm də, iddialara görə cəmi 25 min dollara. Bu cəmiyyətinin üzvlərinin Azadlığa verdiyi xəbərdə biuldirilir ki, üzvlərinin bir çoxunun sərt narazılığına baxmayaraq (xatırladaq ki, Cəmiyyətin 2500 nəfərə qədər üzvü var) Ankara Qəzetçiləri cəmiyyəti «ünlü yazar» kimi təqdim etdiyi Əflatun Nemətzadə adlı bir azərbaycanlının solo təqdimatı ilə bu gün İlham Əliyevin ad gününü qeyd eləyib. Bu ad günü mərasiminin keçirilməsi üçün Cəmiyyətin 25 min dollar kirayə haqqı qopara bildiyini söyləyirlər. Görünür, maliyyə böhranı Türkiyənin bu qocaman təşkilatını öz prinsiplərini yeməyə məcbur edib.
Ankara Qəzetçilər cəmiyyəti 1946- cı ildə qurulub və bu zamana qədər Cəmiyyətin 10 başkanı olub. Cəmiyyətin indiki başkanı Nazmi Bilgin bu vəzifədə 1992- ci ildən bəri qalır.
İlham Əliyevin ad günün münasibəti ilə Cəmiyyətin binasında keçirdiyi tədbir dərhal onun Vikipedia səhifəsində də yer almışdır. Türkiyəli jurnalsitlər bu qeydi belə yazıblar : «Sayğılı Nazmi Bilgin 1992- ci ildən Ankara Gazeteciler Cemiyetinin başkanıdır. 2017- ci ilin aralık ayının 23- de Azerbaycan diktatoru, cümhür başkanlığı görevini babası, KGB generalı Haydar Aliyevden miras olarak almış İlham Aliyevin doğum günü törenini organize etmekle Türk gazetecilik tarihine ismini kayıtlaya bilmişdir».
Azadliq.info
Oxunub: 1426