AXCP sədri Əli Kərimli ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə görüşüb.
AXCP Mətbuat Xidmətindən aldığımız məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub. Ölkədəki siyasi məhbuslar problemi, sərbəst toplaşmaq azadlığına yaradılan maneələr, müxalifətdən olan fəallara, vətəndaş cəmiyyətinә və azad mətbuata qarşı təzyiqlər müzakirə mövzusu olub.
Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, gələn il keçiriləcək prezident seçkiləri, seçki qanunvericiliyinin təkmilləşdirilməsi də müzakirə olunub.
Azadliq.info
Oxunub: 1242