Sәudiyyә Әrәbistanda vәliәhd şahzadәsi Mәhәmmәd bin Salmanın rәhbәrliyi ilә başlanan Korrupsiyaya Qarşı Mübarizә Komisiyasının keçәn ay başlatdığı әmәliyyatda hәbs edilәnlәrdәn biri şahzadә Әl Vәlid bin Talalaya azadlığa çıxması üçün sәrvәtinin üçdә birini vermәsi tәklif edilib.
18.7 milyard dollar sәrvәti ilә yaxın şәrqin әn varlısı olan şahzadә Talala korrupsiya әmәliyyatı zamanı hәbs olunanlar arasında әn önәmli şәxs hesab olunurdu. Varidatına görә dünyada 45-ci yerdә olan Talala ayrıca tvitter sosial şәbәkәsinin әn böyük ikinci hissәdarı, apple, news corp, time warner, citigroup kimi şirkәtlәrin dә hissәdarıdır.
Sәudiyyә taxtına iddia edәbilәcәk әn güclü şәxs olan şahzadә Bin Talalanın sәudiyyәli sәlahiyyәtli nümayәndәlәrlә danışığa getdiyi iddia olunur. Talalanın tәklif olunan 6 milyard dolları nәğd şәkildә ödәmәk әvәzinә, sahibi olduğu Kinqdom Holdinqin bir hissәsini dövlәtә vermәyi tәklif etdiyi bildirilir. Yerli mәtbuatda hәbs olunan 200 nәfәrin böyük hissәsinin sәrvәtlәrinin bir hissәsini dövlәtә vermәklә azad olunduqları qeyd olunub.
azadliq.info
Oxunub: 430