“Bu gün 1916-cı ilin aprel ayının 29-da Osmanlı ordusunun qazandığı Kut ul-Amare zəfərinin 101 illiyinə həsr edilmiş konfrans başa çatdı. Çanaqqaladan sonra türk ordusunun ikinci böyük qələbəsidir Kut döyüşü. Xəlil paşanın komandanlığı altında Osmanlı ordusu tarixi qələbə qazandı və sonrakı həyatın Xəlil paşa Xəlil Kut paşa adı ilə yaşadı. Bu ad Azərbaycanda yaxşı tanınır. 1918-ci ildə İslam Ordusu tərəfindən Bakının qurtuluş zamanı Kut qəhrəmanı Xəlil paşa Şərq qüvvələri komandanı idi. Mən bu konfransda Bağdaddan Bakıya Türk – İngilis qarşıdurması mövzusunda məruzə etdim. Bakı zəfəri Kut qələbəsindən sonra Osmanlı Ordusunun Birinci Dünya Müharibəsində sonuncu qalıcı zəfəri oldu.
Kut-ul Amaredə Türk ordusu 13 min ingilis əsgərin, 481 zabitin və 13 generalın əsir aldı. Britaniya ordusu mühasirədə olanda general Carles Taunşend əsgərlərin Hindistana göndərilməsinə icazə vermək üçün Xəlil paşaya 1 milyon funt sterliq təzminat təklif etdi. Az sonra bu məbləğ 2 milyon funt sterlinqə yüksəldi. Lakin Kut döyüşü ərəfəsində yeni paşa məqamı almış Xəlil bəy bundan imtina etdi. Təslim olmaqdan ayrı çarə qalmadı. Taunşend başda olmaqla 13 generlal zabit şərəfinin nişanəsi olan qılınclarını bellərindən açıb Xəlil paşaya təqdim edəndə, paşa qılıncları qaytardı ver dedi ki, siz əsir deyilsiniz, Osmanlı dövlətinin müsafirlərisiniz. Onlar savaşdan sonra öz ölkələrinə gedənə qədər İstanbulda əsir kimi deyil, müsafir kimi yaşadılar.
1952-ci ilə kimi Türkiyə hər il Kut qələbəsini kutladı. Ölkə NATO-ya girəndə, 1952-ci ildə Kut zəfərinin qeyd edilməsi dayandırıldı. Kutda əsir düşən generlallar öz ölkələrinə qayıtdıqdan sonra “Kut klubu” yaratmışdılar. 1957-ci ildə Xəlil paşada qida borusunun xərcəngi aşkar olanda onlar öz vəsaitləri hesabına müalicə üçün paşanı Londona dəvət etdilər. Hətta, onlardan biri uzun yol gələn paşanın ayaqqabıların tozlu görəndə, hörmət əlaməti kimi əyilib onun ayaqqabıların təmizlədi. Lakin paşanı xərçəngdən qurtarmaq mümkün olmadı. Həmin ilin avqustunda Xəlil Kut paşa vəfat etdi.
Kut zəfərindən 101 il sonra bu günlərdə yenidən Osmanlı ordusunun döyüş marşları çalındı. Xəlil paşanın xatirəsi yad edildi. Konfransdan sonra gözəl Boğaz gəzisi, Zeytunburnunda Fatih Sultan Mehmet Universitetində Mevlavi salonunu, 1453-cü il İstanbulun fəthi ponaramasını seyr etmək, qarşı-qarşıya olan Ayasofya və Sultan Əhməd məscidlərini ziyarət etmək, daha öncə böyük tarixçi və fikir adamı professor İlber Ortaylı ilə görüş son dərəcə yaddaqalan oldu.”
Azadliq.info
Oxunub: 1058