İpoteka və Kredit Zəmanət Fondu birləşdirilib. Birləşdirilmiş fonların rəhbərliyi deputat Xanhüseyn Kazımlının oğluna tapşırılıb. Dövlət başçısı İlham Əliyev Fəxri Kazımovun İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilsin.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.
Oxunub: 728