Prezident tapşırıq verdi ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlət proqramı hazırlansın. Hökumət bunu hazırladı və prezidentin rəhbərliyi altında qeyri-neft sektorunun inkişafı başladı».
APA-nın xəbərinə görə, bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov deyib. O vurğulayıb ki, neftin qiyməti düşsə də, Azərbaycan öz iqtisadi stabilliyini itirməyib:
«Çünki qeyri-neft sektoru tədricən inkişaf etdi. Bu gün ümumi daxili məhsulun 60 faizdən çoxu qeyri-neft sektorunun payına düşür. Neftin qiyməti 3-4 dəfə düşdü, əgər prezident o zaman bunu etməsəydi, görün, biz nə vəziyyətə düşəcəkdik? İnşallah, iki ildən sonra, 2020-ci ildə neftdən asılılıq sıfır vəziyyətində olacaq. Artıq o yerə gəlib çatırıq».
Baş nazirin müavini deyib ki, prezident İ.Əliyev hakimiyyətdə olduğu 14 ildə Azərbaycanın inkişafını təmin edib:
«2020-ci ilə qədər Azərbaycan inkişaf etmiş ölkələr sırasında olacaq. Prezidentin fəaliyyətində digər strateji istiqamət yoxsulluğun aradan qaldırılması ilə bağlıdır. Bu gün yoxsulluq həddi 5 faizdirsə, strateji istiqamət 2020-ci ildə yoxsulluğun sıfıra enməsidir. İnşallah, 2020-ci ildə yoxsulluq sıfıra enəcək, Azərbaycanda bir yoxsul belə qalmayacaq. Bu strateji istiqamətdə işlər uğurla icra olunur».
Oxunub: 462