Türkiyə qanunvericiləri və siyasətçiləri yeni fövqəladə dekretin zorakılıqları artıracağı barədə xəbərdarlıq verib.
Türkiyənin Vəkillər Kollegiyası bildirib ki, sənəd sayıqlıq qruplarının formalaşmasına təşviq edir.
Bazar günü qəbul edilən yeni qanuna əsasən 2016-cı il çevriliş cəhdinə mane olanlara toxunulmazlıq statusu verilir. Bundan əvvəl hökumət hüquq-mühafizə orqanlarının əməkdaşları və çevrilişi pisləyən hökumət rəsmilərini bu statusla təmin etmişdi.
Türkiyənin sabiq prezidenti və Rəcəb Tayyib Ərdoğanın müttəfiqi olan Abdulla Gül də bu ölçü ilə bağlı narahatlığını bildirib. Narazılıqlarını çox nadir hallarda bildirən Gül deyib ki, qanun yenidən nəzərdən keçirilməlidir.
Türkiyənin aparıcı müxalifət partiyası isə qərarla bağlı Konstitusiya Məhkəməsinə şikayət edəcəyini bildirib.
İyi Parti adlı yeni müxalifət partiyası müxalifətçilərin hücumlara məruz qala biləcəyi barədə narahatlığını ifadə edib.
Türkiyə hökuməti isə bu yolla çevriliş cəhdinin əleyhinə olan mülki vətəndaşların müdafiə ediləcəyini bildirir.
Azadliq.info
Oxunub: 796